"Beşiktaş"ın futbolçusu Rusiya klubuna keçir

19:59 - 10 Avqust 2025

"Beşiktaş" legioneri ilə yollarını ayıra bilər. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" Amir Hadzıahmetoviçi "Lokomotiv"ə satmağa razıdır. 

Moskva təmsilçisi 28 yaşlı futbolçu üçün Türkiyə klubu ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq olarsa, bosniyalı Rusiyaya yollanacaq. 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvünün " Beşiktaş"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti