Millimizin üzvü oynadı, komandası qələbə qazandı

20:32 - 10 Avqust 2025

Futbol üzrə Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun "Daejeon" doğma meydanda "Suvon"u qəbul edib. Matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Xallarını 42-yə yüksəldən "Daejeon" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti