Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü "Volendam"da debüt edib.
Sportal.az xəbər verir ki, "Herenven"lə matç 26 yaşlı yarımmüdafiəçinin həm də Niderlandın yüksək liqasında (Erediviziya) ilk oyunu olub. Futbolçu qarşılaşmadan sonra yerli mətbuata açıqlama verib. Ozan Can sevincli olduğunu bildirib:
"Əlbəttə, qol vurmağım məni çox sevindirdi. Bu, yaxşı hissdir. Xaricdəki macəralardan sonra, nəhayət Erediviziyadayam. Xal qazanmağımız xüsusilə yaxşıdır. Oyunun sonunda dirəyə dəyən top və Mührenin qol şansı var idi. Ancaq bütün matça baxsaq, "Herenven"in böyük şanslarının olduğunu da etiraf etməliyik".
Qeyd edək ki, Ozan Can Kökçü ötən mövsüm Finlandiyanın HİK klubunda çıxış edib. O, "Volendam"la 1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi