Almaniya II Bundesliqasında II turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda "Şalke"ni qəbul edib. Start heyətində meydanda çıxan Emreli 72-ci dəqiqə əvəzlənib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ilk turda məğlub olan "Kayzerslautern" 3 xal qazanaraq turnir cədvəlində 10-cu pillədə yer alıb.
saytlarin hazirlanmasi