"Sumqayıt"ın baş məşqçisi Saşa İliç komandanın Qəbələ toplanışını dəyərləndirib.
Sportal.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada bunları qeyd edib:
"Düşünürəm ki, çox yaxşı və məhsuldar bir təlim-məşq toplanışı keçirdik. Bizə yaradılan şərait, meydançalar, qaldığımız otel, bir sözlə hər şey möhtəşəm idi. Ən önəmlisi budur ki, toplanışı zədəsiz başa vurduq.
Sonuncu yoxlama oyununa gəlincə isə düşünürəm ki, bu matç bütün oyunlarımızın arasında ən yaxşısı idi. Artıq komandam demək olar ki, mənim nə istədiyimi dərk edir və ona uyğun çıxış etməyə çalışır. Əvvəlki matçlarda olduğu kimi burada da sadə vəziyyətlərdə səhvlərə yol verdik. Mövsümün ilk matçı üçün qarşıda 1 həftə vaxtımız var. Düşünürəm ki, səhvlərimizin üzərində maksimum çalışıb "Kəpəz"lə oyuna tam hazır olacağıq".
Qeyd edək ki, yay hazırlıq toplanışı çərçivəsində "Sumqayıt" "İmişli" ilə 0:0, "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib və "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi