"Zirə" legioneri ilə yollarını ayırmağı planlaşdırır

13:22 - 7 Dekabr 2025

“Zirə” yayda heyətində bəzi dəyişikliklər etmək niyyətindədir. 

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi son vaxtlar oyun praktikasından əziyyət çəkən və əsas heyətə düşə bilməyən Eldar Quliyevlə yollarını ayırmağı planlaşdırır. 

Belə ki, Premyer Liqada hazırda 2-ci pillədə yer alan klub 23 yaşlı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsini artırmayacaq.

“Şaxtyor”un(Donetsk) yetirməsi olan Eldar Azərbaycanda legioner kimi çıxış edir. Ukraynalı futbolçu “Mariopol” və “Minay”da oynadıqdan sonra 2023-cü ildə “Zirə”yə keçmişdi.
 

Xəbər xətti