"Parma"nın futbolçusu Dennis Man karyerasını Niderlandda davam etdirəcək.
Sportal.az xəbər verir ki, PSV rumıniyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
PSV 26 yaşlı ön xətt oyunçusu üçün İtaliya klubuna 8,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Parma" Dennis Manı 2021-ci ilin yanvar ayında FKSB-dən transfer edib. Rumıniya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi