"Qəbələ" - "Sumqayıt" matçında 4 qol

21:14 - 7 Avqust 2025

Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Sumqayıt"lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

"Qəbələ"nin qollarını Murad Musayev və İbrahim Sanqare vurub. "Sumqayıt"ın heyətində isə Roi Kehat və Aleksandr Ramalinqom fərqləniblər.

Xəbər xətti