"Mançester Yunayted"in oyunçusu "Benfika"ya keçə bilər

13:46 - 8 Avqust 2025

"Mançester Yunayted"in cinah oyunçusu Antoni Portuqaliyaya keçə bilər. 

Sportal.az "Goal.com"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Benfika" maraqlanır.

"Qartallar" braziliyalını bir mövsümlük icarəyə götürmək istəyir. Lakin “qırmızı şeytanlar” birdəfəlik transferdə maraqlıdırlar. "Mançester Yunayted" Antoni üçün təxminən 40 milyon avro qazanmaq istəyir. Futbolçunun ötən mövsüm icarə əsasında çıxış etdiyi "Betis" də Antoni ilə maraqlanır.

Onun “Mançester Yunayted”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti