"Beşiktaş" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Lester Siti"dən Vilfred Ndidini transfer edib. Bu barədə klubun rəsmi saytə məlumat yayıb.
"Beşiktaş" Nigeriya millisinin üzvü üçün İngiltərə klubuna 8 milyon avro təzminat ödəyəcək. 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Lester Siti" Vilfred Ndidini 2017-ci ilin yayında "Genk"dən transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi