Bu futbolçu "Qarabağ"dan ayrıla bilər - təklif var

18:11 - 9 Avqust 2025

Emmanuel Addai "Qarabağ"dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, qanalı vingerin karyerasını Kiprdə davam etdirmək ehtimalı var. Bu barədə Kipr mətbuatı məlumat yayıb.

APOEL Addai ilə yaxından maraqlanır. Nikosiya təmsilçisinin 24 yaşlı futbolçu üçün Azərbaycan çempionu ilə anlaşmağa yyaxın olduğu bildirilir.

Qeyd edək ki, "Qarabağ" Emmanuel Addaini İspaniyanın "Alkorkon" klubundan transfer edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti