Braziliya millisinin sabiq futbolçusu Aleks de Souzanın yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “Seara”nın baş məşqçisi vəzifəsinə təyin olunub. Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça"nın keçmiş yarımmüdafiəçisi ilə 2027-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Aleks de Souza daha əvvəl “Operario” və “Atletik”də çalışıb.