Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Camal Musiala sıradan çıxıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniyalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun "Lill"lə səfər matçında (1:2) ayaq əzələsindən zədə alıb. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Camal Musiala 2019-cu ilin yayında "Bavariya"nın akademiyasına qoşulub. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində 6 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
