Rumıniya Superliqasında 17-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Petrolul" "Arceş"i qəbul edib.
Qarşılaşma qonaq komandanın 1:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Cəlal Hüseynov 81-ci dəqiqədə meydana daxil olub.
"Petrolul" 30 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
