"Fluminense" müdafiəçi Tyaqo Silvanın müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı müdafiəçi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Tyaqo Silva bu ilin yayında "Portu"dan ayrıldıqdan sonra "Fluminense"yə qayıdıb. Braziliya millisinin sabiq üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.