"Arsenal"ın müdafiəçisi Kristian Moskera karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

​Sportal.az xəbər verir ki, "Fənərbaxça" ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

​İstanbul nəhəngi Moskeranı yanvarda icarəyə götürmək istəyir. "Fənərbaxça" rəhbərliyi artıq 22 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.

​Qeyd edək ki, "Arsenal" Kristian Moskeranı 2025-ci ilin yayında "Valensiya"dan 15 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.