"Brayton"un qapıçısı Bart Verbruggen Avropanın böyük klublarının transfer siyahısında yer alıb.

Sportal.az xəbər verir ki, "Real" və "Liverpul" gələn yay niderlandlı qolkiperi transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

Klubu Verbruggenə 60 milyon funt-sterlinq qiymət qoyub. "Çelsi" və "Mançester Yunayted" də 24 yaşlı "əlcək sahibi" ilə maraqlanır.

Qeyd edək ki, "Brayton" Bart Verbruggeni 2023-cü ilin yayında "Anderlext"dən 20 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 9 qol buraxıb, 12 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.