Futbol üzrə Azərbaycan II Liqasında XIII tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Hypers" Bərdə şəhər stadionunda "Şirvan"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 26-ya yüksəldən "Şirvan" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 19 xalı olan "Hypers" isə 6-cı yerdədir.
"Hypers" - "Şirvan" 1:1
Qollar: A.Babazadə, 45 - E.Mirzəyev, 90
saytlarin hazirlanmasi
