Bir ay əvvəl "Şamaxı" ilə yoxlama oyunu danışan, matça bir neçə gün qalmış imtima edən "İmişli" çətin vəziyyətlə üzləşib. Belə ki, "İmişli" oyundan imtina səbəbi kimi süni örtüklü meydançada oynamaq istəməməsini göstərmişdi.
"İmişli" ev oyunlarını Qubada keçirməli olsa da, Olimpiya İdman Kompleksinin stadionunda təftiş zamanı çatışmazlıqlar üzə çıxıb. Qərar verilib ki, "İmişli" ilk iki ev oyununu Şamaxıda keçirəcək. Süni örtüklü meydançada hazırlıq matçına çıxmayan komanda həmin stadionda rəsmi oyun keçirməli olacaq.
Qeyd edək ki, "İmişli" avqustun 16-da, Şamaxıda "Turan Tovuz"la üz-üzə gələcək.
saytlarin hazirlanmasi