"Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi".
Sportal.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis komandasının "Sumqayıt"la 2:2 hesablı bərabərlikdən sonra klubun mətbuat xidmətinə danışıb:
"Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı. Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uyğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.
saytlarin hazirlanmasi