Millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda səfərdə Litvanın "Kauno Jalqiris"lə qarşılaşıb.
Sportal.az xəbər verir ki, matç Hüseynovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və sonadək meydanda olub.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Bolqarıstanda baş tutacaq.
saytlarin hazirlanmasi