"Şamaxı" yoxlama matçı çərçivəsində "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bununla da toplanışı yekunlaşdıran "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov bunları qeyd edib:
"Zirə"yə öz təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz ki, oyun planımızda biraz dəyişiklik oldu. Yeni komandayıq. Bizə qoşulan yeni futbolçularla birlikdə təlim-məşq toplanışımızın yaxşı keçdiyini düşünürəm. Əsas odur ki, zədə olmadı.
Heyəti büdcəmizə uyğun formalaşdırmışıq. Belə deyək, bu komanda mübarizə apara biləcək. Məqsədlərdən danışanda aydındır ki, əsas məqsəd qələbələrdir, amma elə klublar var ki, onlarla çətin olacaq. Heyətin güclənməsinə ehtiyacımız var, 2-3 futbolçu da istərdik. Elə mövqelər var ki, orada çətinliklərlə üzləşə bilərik, çünki mövsüm uzun marafondur. Komandanın böyük hissəsi gənclərdən ibarətdir, amma onlara inanıram.
Abdulla Şuaybuya gəldikdə isə, ondan çox şey gözləyirik. Bilirəm ki, “Kəpəz”də yaxşı mövsüm keçirib. Ötən il I Liqada idi. Hələ ideal formada deyil. Amma inanın ki, çox böyük istəyi var və mən inanıram ki, bizə çox kömək edəcək.
Premyer Liqanın bəzi klublarının (“Karvan” və “İmişli”) ev oyunlarını Şamaxı Şəhər Stadionunda keçirməsi bizim üçün problem ola bilər. Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən. Bildiyiniz kimi, stadionda işıqlandırma yoxdur və bu, məşq prosesimizi poza bilər. Məsələn, əgər cümə və şənbə günləri başqaları oynayacaqsa, bazar günü “Şamaxı” oyunu olarsa, biz ümumiyyətlə 1-2 gün məşq edə bilməyəcəyik. Əgər futbolumuzun inkişafını istəyiriksə, meydanlar lazımdır. Məncə, buna sərmayə qoyulmalıdır. Meydanlar olmadan çətin olacaq. Müvəqqəti olaraq haradasa oynamaq olar, amma biz daha peşəkar olmalıyıq”,
saytlarin hazirlanmasi