"Sabah" amerikalı oyunçu ilə gücləndi

13:59 - 10 Avqust 2025

Sabah" basketbol klubu yeni mövsümün növbəti transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, amerikalı pover forvard Castin Tillman qarşıdakı 2 mövsümdə Azəərbaycan çempionunun uğurları üçün çalışacaq.

28 yaşlı və 203 sm boya malik Tillman güclü fiziki oyunu, yüksək döyüşkənliyi, effektiv ribaundları və səbət altında məhsuldarlığı ilə seçilir. O, həm hücumda, həm də müdafiədə komandanın oyununa ciddi təsir göstərmək potensialına malikdir.

Təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.

Xəbər xətti