"Qalatasaray"ın sabiq futbolçusu III Liqa klubunda

20:55 - 10 Avqust 2025

"Qalatasaray"ın sabiq futbolçusu Yasin Öztekinin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, türkiyəli vinger karyerasını III Liqada (səviyyədə 3-cü) davam etdirəcək.

Yasin "Yalova" ilə anlaşıb. 38 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Yasin Öztekin2014-2018-ci illərdə "Qalatasaray"da çıxış edib. Təcrübəli futbolçu Türkiyə millisinin heyətində 6 oyun keçirib.

Xəbər xətti