"Açığı, "Levski" məni yaxşı mənada təəccübləndirdi".
Sportal.az xəbər verir ki, bunu fanat.az-a açıqlamasında 1-ci Liqa təmsilçisi "Difai"nin baş məşqçisi Araz Bağırov deyib.
O, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində dünən baş tutan "Levski" (Bolqarıstan) - "Sabah" qarşılaşmasını (1:0) dəyərləndirib: "Həm meydan sahiblərinin oyunu, həm də yerli azarkeşlərin yaratdığı ab-hava vurğulanmalıdır. Sofiya təmsilçisi fərdi keyfiyyətləri ilə seçilən oyunçulara malikdir. Rəqibin sol cinah müdafiəçisi və sol cinah vingeri xüsusi şəkildə fərqlənirdilər. Onların qarşısını Bakıdakı matçda kəsmək üçün bir şey fikirləşməlidirlər. Matçın sonlarını nəzərə alsaq, hesab oyuna görə oldu. Cavab qarşılaşması çox maraqlı alınacaq. Stadionu doldurmaq və meydandakı 11 nəfəri sonadək dəstəkləmək lazımdır".
saytlarin hazirlanmasi