“Milan” “Cenoa”nın müdafiəçisi Koni de Vinteri almaqda maraqlıdır.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romano xəbər verir ki, “rossionerlər” 23 yaşlı müdafiəçi üçün 20 milyon avro təklif ediblər.
“Cenoa” isə 25 milyon avro istəyir, danışıqlar davam edir. Bildirilir ki, de Vinter özü mümkün qədər tez “Milan”a keçmək istəyir.
Qeyd edək ki, Belçika millisinin üzvü ötən mövsüm A Seriyasında 25 oyun keçirib, 3 qol vurub və 6 sarı vərəqə alıb.
saytlarin hazirlanmasi