“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın “Levski” klubu ölkə çempionatının IV turunda növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Sofiya klubu öz meydanında “Spartak” (Varna) komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bununla da "Levski" çempionatda ardıcıl 4-cü qələbəsini qazanıb.
Hazırda “Levski” 12 xalla turnir cədvəlində 2-ci yerdədir və əlavə göstəricilər üzrə “Ludogorets”dən geri qalır.
Qeyd edək ki, "Sabah"la "Levski" arasında cavab görüşü 14 avqust saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk matç Bolqarıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi