Bölgə klubunda yeni təyinat

13:15 - 11 Avqust 2025

Jurnalist Leyla Behbudlu “İmişli” PFK-nın mətbuat katibi təyin edilib.

Sportal.az xəbər verir ki, o, bu gün heyətə rəsmən təqdim olunub.

Leyla Behbudlu bir çox media qurumlarında çalışıb, son olaraq İctimai TV-də fəaliyyət göstərib.

Bakalavr təhsilini BDU-nun jurnalistila fakültəsində, magistr təhsilini isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası ixtisası üzrə tamamlayıb.

Xəbər xətti