Azərbaycan klubu ABŞ-dan hücumçu gətirməyi planlaşdırır

09:34 - 11 Avqust 2025

I Liqada çempionluğa iddialı olan “Səbail” forvard axtarışlarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi legioner mərkəz hücumçusu gətirə bilər.

"Səbail" hazırda ABŞ-ın aşağı liqa təmsilçisi olan “Karolina Kor” klubunun futbolçusu David Polanko ilə maraqlanır.

Hazırda tərəflər arasında danışıq gedir. I Liqa təmsilçisi Kolumbiya əsilli futbolçu razı salarsa, onunla 1+1 illik müqavilə imzalanacaq. O, karyerasına “Vitorul”(Rumıniya) klubunda başlayıb.

Ardınca “Essingen”(Almaniya), “Florida”(ABŞ), “Quindio”(Kolumbiya), “Barri Baks”(ABŞ) komandalarında çıxış edib.
 

Xəbər xətti