"Zirə"nin futbolçusu zədələndi - uzun müddət oynamayacaq

14:54 - 11 Avqust 2025

“Şamaxı”yla yoxlama oyunda zədələnən "Zirə"nin futbolçusu Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçunun diz bağları qopub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat olacaq futbolçu 6-7 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, "Zirə" Abdul Aziz Batibieni bu yay heyətinə qatıb.

Xəbər xətti