"Mançester Siti"nin futbolçusu Ceyms Matani İngiltərədə klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Nottingem Forest" 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Nottingem Forest" Makati ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında təzminatla bağlı son detallar müzakirə olunur.
Qeyd edək ki, Ceyms Makati "Mançester Siti"nin yetirməsidir. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol vurub.
saytlarin hazirlanmasi