Azərbaycanda legioner həyatı yaşamış, hazırda isə Polşanın “GKS Belçatov” klubunda həm idman direktoru Lukaş Sapela Sportal.az saytına açıqlama verib.
O, millimizin forvardı Renat Dadaşovun “Motor”a keçidinə və oradakı perspektivindən bəhs edib:
“Renat Dadaşovun oyun stilini bəyənirəm. “Radomiak”dan ayrıldı və “Motor”la anlaşdı. Renatın “Radomiak”dakı karyerası yaxşı alındı. Qısa müddətdə komandaya qoşulsa da, yaxşı çıxış etmişdi. Polşa çempionatına öyrəşib. Elə ona görə də, burada qaldı, “Motor”a keçdi. Təbii ki, Polşa çempionatı güclü liqadır, yaxşı səviyyədədir. Məncə, onun yeni komandasındakı işləri də yaxşı alınacaq".
Qeyd edək ki, 42 yaşlı futbol mütəxəssis "GKS Belçatov", "Rəvan", "Miedz" kimi klubların qapısını qoruyub.
Mirbağırağa
saytlarin hazirlanmasi