“Sumqayıt”ın sabiq baş məşqçisi, hazırda Rusiyanın “Leninqradets” klubunu çalışdıran Aleksey Baqa Murad Musayevdən danışıb.
Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis “Спорт День за Днем” nəşrinə açıqlamasında “Krasnodar”ın hazırkı baş məşqçisinin “Sabah”dakı fəaliyyətini xatırlayıb.
"Mən onun Azərbaycanda necə və hansı düşüncələrlə işlədiyini, "Sabah"ın oyununu meydançanın içində necə dəyişdiyini görürdüm. "Sabah" həm "Qarabağ", həm də digər böyük komandaların rəqabət apardığı klub idi. Burada bu uğura imza atdı. Məncə, onun qayıdışı ilə bağlı "neqativ" yalnız ona kömək etdi. Özü də kifayət qədər iddialı, biliyi və təcrübəsi olan oğlandır. Murad çox ağıllıdır".
44 yaşlı belaruslu mütəxəssis 2021/2022 mövsümündə "Sumqayıt"ı çalışdırıb.
saytlarin hazirlanmasi