“Qarabağ”ın yeni transferi Joni Montiel fərdi məşqlərini davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, ispan hələ ki kollektivlə məşqlərə qoşulmayıb.
Lakin ispan tam hazır olduqdan sonra, yəni bu həftə kollektivlə məşqlərə qoşulacağı gözlənilir.
26 yaşlı vinger Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şkendiya” ilə cavab görüşündən sonra avrokuboklar üçün UEFA-nın sifariş ərizəsinə daxil ediləcək.
Qeyd edək ki, Montiellə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək. 26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.
Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.