"Qarabağ"ın zədəlisindən xəbər var - gələn ay məşqlərə başlayır

23:16 - 11 Avqust 2025

Ötən mövsümün sonlarında zədələnən Aleksey İsayev əməliyyat olunmuşdu. O vaxtdan yaşıl meydanlardan kənar qalan futbolçudan yeni xəbər var.

Sportal.az-ın "Qarabağ"ın mətbuat xidmətindən aldığı məlumata görə, İsayev komandanın həkim və fizioterapevtlərinin nəzarəti altında reabilitasiya dövrü keçir. Gələn aydan isə artıq fərdi məşqlərə başlayacaq. 

Qeyd edək ki, Aleksey İsayev zədə səbəbindən ölkə kubokunun finalını və milli komandanın iyun toplanışını buraxmalı olmuşdu. 

Xəbər xətti