"Qarabağ" - "Şkendiya" matçına nə qədər bilet satılıb?

16:54 - 12 Avqust 2025

"Qarabağ" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, artıq qarşılaşma üçün 25000 bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Şkendiya” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.

Biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərsiniz:

iTicket.az onlayn və fiziki satış məntəqələri;

Park Bulvardakı “Qarabağ” FK Fan-Şopu;

Stadionun kassaları.

Stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması bu gün saat 20:00-da start götürəcək. Skopyedə baş tutan ilk görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti