Çempionlar Liqası: "Qarabağ" pley-offda - YENİLƏNİB

21:46 - 12 Avqust 2025

"Qarabağ" UEFA Çempionlar Liqasında bu gün III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edib.

Ağdam klubunun səfərdə məğlub etdiyi rəqibi ilə Bakıdakı görüşdə də qalib gəlib. 

Cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

20:00 "Qarabağ" - "Şkendiya" 5:1
Qollar:
Klisman Cane, 16 (avtoqol), Kadi Borges, 18, Nəriman Axundzadə, 33, Marko Yankoviç, 35, Leandro Andrade, 59 - Fabris Tamba, 10

Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Marten
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti