"Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır" - Qurban Qurbanov

22:45 - 12 Avqust 2025

"Qarabağ" UEFA Çempionlar Liqasında bu gün III təsnifat mərhələsinin cavab görüşündə "Şkendiya"nı 5:1 hesabı ilə darmadağın edərək pley-offa vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları çox intizamlı, alicənəb aparırdılar özlərini.

- Matçdan əvvəl bu cür böyükhesablı qələbə gözləyirdiz?

- Düşünə bilmərəm, amma istəyə bilərəm. Futbol indi səviyyəyə çatıb ki, istənilən oyunda 3-5 qolluq oyun ola bilər. Bucür qalibiyyətlər xoş olur. İstəyirdim deyim, amma gözləyirdim deməyim.

- Hikmət Cəbrayılzadə haqda hansı fikirdəsiz?

- Bir neçə aydır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Onların potensialına baxırıq, Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı, fiziki qabaritləri var. Daha çox çalışmaq lazımdır. Amma ansambla uyğun futbolçu olub. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Amma inanın ki, onu tam əminliklə komandaya götürmüşəm. Əsas odur ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi digər oyunçulara da şans yaradacağıq.

- Bu matç sizə "Lex"lə matçı xatırlatdı? Ssenari eyni idi sanki...

- Belə oyunlar olur. 2-3 ildən bir, belə matçlar olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdir. Belə olanda, futbolçu özünə daha çox inanır. Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq qalibiyyət əldə edərik.

- Sami Mmaenin oyununu necə şərh edərdiz?

- Onun oyununu hansısa fikir söyləməyə ehtiyac yoxdur. Onun futbol qabiliyyəti və intelekti cəlbedicidir. Ötürmələri, oyunu idarə etməsi bu kimi şeylər bizi daha çox cəlb etmişdir. Oyuna çıxandan sonra lazımı anda oyunu sakitləşdirə bilirdi, pressinqdən çıxmaq qabiliyyəti var idi. Razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə daha çox çalışır və istəklidir.

- Marko Yankoviçin start heyətinə qayıtması, Kadi Borgesin adət etdiyimiz mövqeyinə qayıtması oyun planında üstünlük verirdi?

- Futbolçuların sağlam olması önəmlidir. Fərqi yoxdur futbolçu ilk dəqiqədən oynadı, yoxsa sonradan. Hər bir futbolçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oyanaynlar bir-birini tamamlayırlar. Kadi və Yankoviç bir-birini daha yaxşı başa düşür. Təcrübə və bəzi ustalıq keyfiyyətli belə oyunlarda daha çox vacib olur. Yankoviçin əsas heyətə dönməsi bizi tam razı salır.

- "Ferentsvaroş", yoxsa "Ludoqorets" "Qarabağ" üçün hansı rəqib daha yaxşıdır?

- İnanın ki, heç düşünmürəm. Onları bir-birindən ayırmaq istəmirəm. ÇL-in pley-off mərhələsi qrup deməkdir. Arzuladığım rəqib yoxdur. Xeyirlisi hansıdırsa, o da olsun. Kim olsa hazırlaşacağıq.

- Premyer Liqanın 1-ci turunun oyunu təxirə salınacaq. Komandaya necə təsir edəcək?

- İnamıram, nə mənfi, nə müsbət təsir etsin. Çempionatda oynamaq da fikrindəydik. Hazır idik. Sadəcə gün fərqi var. Biz "Sabah"ı gözləsək, 2 gün sonra səfərə getməliyik. "Sabah" bizi gözləsə, onlar 2 gündən sonra bizimlə oynamalıdır. Texniki nüansdır. "Sabah"a da uğurlar arzulayıram. "Araz-Naxçıvan"a da.

- Yükün altında “Qarabağ”ın çıxışların davam etdirməsi çətin deyilki?

- Hansısa yük varsa, iş saatları da keyfiyyətli olur. Çünki daha dərindən düşünməlisən, daha aktiv olmalısan. Meydanda tək qalmaq....Bu perioddur, Sabah tam əksinə ola bilər. Klublarımız daha uğurlu nəticələr əldə edərlər. “Sabah”ın da böyük şansı var. Yaxşı kollektivə malikdirlər. “Levski” ciddi rəqibdir. Onlara uğurlar arzulayıram. Tənqid normaldır. Normal qəbul edirəm. Bəlkə bəzən hardasa təsir edir. İllərdir proses gedir...Həmişə demişəm ki, azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur. Belə olduğu halda, daha da məsuliyyətli, aktiv olursan. Çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq. Yaxşı nəticələr əldə edək.

- “İmişli” və “Karvan-Yevlax” da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. “Qarabağ”ın avrokuboklarda oynayacağını nəzərə alsaq, burada səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?

- Maksimum təsir edir. Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir. Meydança amilləri, azarkeş amilləri. Təsəvvür edin ki, başqa ölkələrdə çempionatda bu ab-hava olur. Xorvatiya, Polşada, balka ölkələrdə. Hər oyunda bu qədər atmosfer olur. Bu, futbolçunu daha məsuliyyətli, aktivli, həvəsli edir. Bunlar hamısı səbəblərdir ki, Avropada da oyun səviyyəmizi, uğurlu nəticələrimizi qoruyaq. Əfsuslar olsun ki, 3 komandamız Şamaxıda oynayacaq. Daha aktiv klublar üçün minusdur. İstər-istəməz futbolçunun motivasiyası həmən düşür aşağı. Bunlar da gətirib inamsızlığa çıxarır, həm də Allah qorusun, böyük zədələrə çıxarır. İdmançı meydana istəksiz çıxıbsa, böyük problemə çıxarır. Avropa oyundan sonra oyunlarımız ora düşsə...Əgər ölkə çempionatından oyundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, yorğunluğu çıxarırsa, avrokuboklarda...Kl-dan sonra bir cürdür, Çempionlar Liqasından sonra da daha çox vaxt vaxt lazım olur. Bundan sonra gəlib belə meydançalarda 3-4-də oynayacağıqsa, bizim üçün böyük zərbədir. İsti havada da olsa.Qışda yenə soyuq olur Amma belə havada meydançada nə su qalır...Əfsuslar olsun ki, vəziyyət belədir. Biz gələcəyə pozitiv baxmaq, ümidlə baxmaq lazımdır. Hər dəfə deyirik ki, yaxşı olar. Amma ən azından 2 komanda əlavə olundu. Müsbət haldır. Elə bil ki, oyundan sonra digər Avropa oyunlarına hazırla. Maksimum güc sərf edəcəyik ki, futbolçuların əhvalı pozulmasın.

- Süni örtüklü meydança məsələsini AFF İK-da məsələ qaldıra bilərsiz. Çıxış yollarının tapılması üçün məsləhət versəz, sizi dinləyərlər?

- Heç mənim orada məsələni qaldırmağa ehtiyac yoxdur. Çünki orada hər İK-nin iclasında müzakirə olunur. Klubların boynuna düşən məsələdir. Komanda Premyer Liqaya çıxırsa, yaxşı şəraitin olmalıdır. Amma əgər, yoxdursa, əlbəttə ki, federasiya hər bir komandaya 1 ilə yaxın vaxt verir. Əgər gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta planlamada ilk sıralarda olan məsələlərdən biri meydançalarımızın yaxşılaşdırılması və çoxalmasıdır. Yəqin ki, yaxın zamanda buna start verəcəklər. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlarını yaxşılaşdırarlar. Yoxdursa da daha ciddi addımlar atılar.

Mirbağırağa

Xəbər xətti