"Levski"nin futbolçusu "Sabah"la matç haqda: "Bolqarıstan buna layiqdir"

12:46 - 12 Avqust 2025

“Levski”nin fransız yarımmüdafiəçisi Mazir Sula Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Masazırda “Sabah”a qarşı keçiriləcək cavab oyunu (ilk oyun – 1:0) ilə bağlı fikirlərini bölüşüb. 

Sportal.az xəbər verir ki, “dsport”a açıqlama verən Sofiya klubunun legioneri Bakıda uğurlu nəticəyə inandığını bildirib:

"Sabah"la oyunda sona qədər mübarizə aparacağıq. Lazım olan hər şeyi edəcəyik. Azarkeşlərimiz növbəti mərhələyə adlamağımızı görməyə layiqdirlər. Bolqarıstan da buna layiqdir. Daha da irəli getməyə çalışacağıq”.

Qeyd edək ki, “Sabah” – “Levski” matçı avqustun 14-də keçiriləcək və görüşə 20:00-da start veriləcək.
 

Xəbər xətti