2026-cı ildə keçiriləcək və Azərbaycanın da ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi edəcəyi yarışda 24 komanda mübarizə aparacaq.
Vaxtından əvvəl qrupda birinciliyi təmin edən Almaniya, Belçika, Sloveniya, İspaniya və Yunanıstan, həmçinin son turdan öncə iştirakını rəsmiləşdirən Rumıniya və Monteneqroya Xorvatiya da qoşulub. Sonuncular seçmə mərhələni lider kimi bitirib.
7 qrupda 5 ən yaxşı ikinci yerin sahibi - Avstriya, Latviya, Macarıstan və Portuqaliya da AÇ-2026-ya vəsiqə qazanıb. Rumınlar son turda uduzduqlarından "beşliy"i tamamlayıblar.
Xatırladaq ki, Avropa çempionatı gələn il avqustun 21-dən sentyabrın 6-dək olacaq.
AÇ-2026. Ev sahibi
Azərbaycan, Türkiyə, Çexiya, İsveç
AÇ-2023-ün nəticəsinə əsasən
Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna, Slovakiya
AÇ-2026-nın seçmə mərhələsi
Qrup qalibi kimi: Almaniya, Belçika, Sloveniya, İspaniya, Yunanıstan, Monteneqro, Xorvatiya
Ən yaxşı qrup ikinciləri kimi: Rumıniya, Avstriya, Latviya, Macarıstan, Portuqaliya
saytlarin hazirlanmasi