"Sabah" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində 14 avqust tarixində Bakıda Bolqarıstanın "Levski" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, masazır təmsilçisinin baş məşqçisi Valdas Dombrauskas oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
- Optimal heyəti müəyyənləşdirə bilmisiz?
- Sofiyadakı ağır oyundan sonra əzələlərdə problemin, qıcolmaların olması normaldır. Amma hazırda bütün futbolçularımız sabahkı matça hazırdır. Hamısı məşqlərdə əllərindən gələni edirlər. Komandada hamı sağlamdır. Sabah istədiyimiz heyəti görə biləcəyik.
- Komanda hansı oyun üslubuna üstünlük verəcək?
- İnanıram ki, hansı oyun üslubunu seçsək, bu, bizə qalibiyyət gətirəcək. Amma çox çətin olacaq. Çünki "Levski" son zamanlar qapısından 1-dən çox qol buraxmayıb. Müdafiə cəhətdən həmişə fərqlənən komanda olub. Sabah risklər etməyə çalışacağıq. Hücum futbolu oynayaraq hesabı öz xeyrimizə çevirmək üçün səy göstərəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi