Misli Premyer Liqası: Əliyevin rekordu əlçatmazdır

12:34 - 13 Avqust 2025

Misli Premyer Liqasının 2025/26 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirləri siyahısı dəyişməz qalıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, İlk “onluq”da 100 və daha çox qol vuranlar yer alıb ki, bu oyunçular da karyeralarını xeyli müddət əvvəl başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncü sıradadır.

Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. “Neftçi”də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvat əsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.

 

33 mövsümdə ən çox qol vuran 33 futbolçu

1    Nazim Əliyev    183
2    Müşfiq Hüseynov    125
3    Rövşən Əhmədov    116
4-5    Qurban Qurbanov    115
     Samir Ələkbərov    115
6    Alay Bəhramov    108
7    Nadir Nəbiyev    103
8-9    Xaqani Məmmədov    102
     Vadim Vasilyev    102
10    Kənan Kərimov    101
11    Musa Qurbanov    94
12    Fazil Pərvərov    89
13    Samir Musayev    88
14-15    Fərrux İsmayılov    85
     İmamyar Süleymanov    85
16    Samir Əliyev    84
17    İsmayıl Məmmədov    76
18    İlham Məmmədov    74
19    Azər İsayev    73
20    Paşa Əliyev    72
21    Badri Kvaratsxeliya    71
22    Zaur Ramazanov    70
23-24    Filip Ozobiç    66
     Yunis Hüseynov    66
25-26    Vidadi Rzayev    65
     Mahir Əliyev    65
27    Rauf Əliyev    63
28-30    Mahmud Qurbanov    61
     Ramiz Məmmədov    61
     Georgi Adamiya    61
31    Mahir Emreli    59
32    Rəşad Abdullayev    58
33    Davit Volkov    54
 

Xəbər xətti