Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Omoniya" ilə cavab görüşünə çıxacaq "Araz-Naxçıvan" Nikosiyada məşqə çıxıb.
Sportal.az xəbər verir ki, dünən Kiprə çatan təmsilçimiz Elmar Baxşıyevin rəhbərliyi altında ilk məşqini yerinə yetirib.
Qeyd edək ki, Bakıda "Omoniya"ya 0:4 uduzan "Araz-Naxçıvan" cavab görüşünə sabah çıxacaq. "Omoniya" - "Araz-Naxçıvan" matçına Bakı vaxtı ilə 21:00-da start veriləcək. Oyun "CBC Sport"la canlı yayımlanacaq.
saytlarin hazirlanmasi