Fransa klubu "Ayaçço" peşəkar statusundan məhrum edilib. Milli Nəzarət və İdarəetmə Direksiyası (DNCG) bundan əvvəl klubu Liqa 2-dən kənarlaşdırmışdı. Bildirilirdi ki, "Ayaçço"nun Liqa 2-dən çıxarılmamaq üçün 15 milyon avroluq saxta bank zəmanəti təqdim etdiyindən şübhələnirlər.
Sportal.az xəbər verir ki, "Corse Matin"in məlumatına görəBu gün DNCG-nin qərarı ilə klub 2025/26 mövsümündə bütün milli yarışlardan uzaqlaşdırılıb.
İndi Korsika təmsilçisinin qərardan şikayət etmək üçün 7 günü var. Əgər qərar qüvvədə qalarsa, "Ayaçço" həvəskar səviyyəyə qayıtmalı olacaq.
Əvvəllər bildirilirdi ki, klub rəhbərliyi peşəkar statusu qorumaq üçün Milli Liqada iştirak üçün lazım olan büdcə üzərində işləyir. Lakin həvəskar futbolun maliyyə nəzarəti orqanı bu büdcəni kifayət qədər etibarlı hesab etməyib.
Qeyd edək ki, klubun 13 milyon avrodan çox büdcə kəsiri var və ayın sonunda böyük vergi ödənişlərini vaxtında həyata keçirə bilməyəcək.
saytlarin hazirlanmasi