"Kəpəz"də braziliyalı müdafiəçi - RƏSMİ

19:10 - 13 Avqust 2025

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə keçib. 22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

Xəbər xətti