“Netfçi”ni tərk edən millinin müdafiəçisinə SÜRPRİZ TƏKLİF!

18:55 - 13 Avqust 2025

Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi karyerasını Asiya qitəsində davam etdirə bilər.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, İran əsilli oyunçu Malayziyadan təklif alıb.

Belə ki, yerli çempionatda mübarizə aparan “Yohor Darul Tazim” ona dəvət göndərib.

Hazırda tərəflər arasında danışıqlar gedir.

Ötən mövsüm Asiya Çempionlar Liqasında yarışmış “Yohor Darul Tazim” onunla 1+1 illik bağlamağı plalaşdırır - hər şey maliyyə şərtlərindən asılıdır.

Son 2,5 ildə ”Neftçi”nin formasını geyinmiş 32 yaşlı arxa xətt oyunçusu adıçəkilən ölkəyə yollansa, tanış simayla komanda yoldaşı olacaq.

Belə ki, ”Neftçi”də və yığmada çiyin-çiyinə çıxış etdiyi Eddi İsrafilov 1 ildən artıqdır ki, “Yohor Darul Tazim”dədir.

Xəbər xətti