"Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin "Omoniya" ilə cavab görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az fransalı vingerin fikirlərini diqqətinizə çatdırır:
“Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq.
Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.
saytlarin hazirlanmasi