"Ştutqart" yenidən Nik Voltemadenin "Bavariya"ya satışından imtina edib.
Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, forvardın nümayəndəsi Danni Baxmann bildirib ki, Münhen klubu 60 milyon avrodan çox, üstəlik bonuslar və növbəti transferdən faiz təklif edib. "Ştutqart" isə təklifi rədd edərək 75 milyon avro istəyib.
Baxmann transfer haqqında bunları qe\yd edib:
"Transfer haqqı ödəmədən gəlmiş, orta maaşdan aşağı qazanan oyunçu üçün 75 milyon avro tələb etmək yalnız əsassız deyil, həm də əvvəlki razılaşmalara ziddir. Mart 2024-də və iyunun ortalarında ‘Ştutqart’ növbəti karyera addımı atmaq imkanı yaranan kimi buna uyğun hərəkət edəcəyinə açıq şəkildə söz vermişdi. Müasir futbolun sürətli inkişafında bu addımı atmaq məhz indi mümkündür. Almaniya rekordçusu və Çempionlar Liqasının daimi iştirakçısı olmaq, ambisiyalı Almaniya millisinin oyunçusu üçün böyük fürsətdir."
Qeyd edək ki, Voltemadenin klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. O, ötən mövsüm bütün turnirlərdə 33 matçda 17 qol vurub və 3 asist edib.
saytlarin hazirlanmasi