Bu gün UEFA Superkubokunda final görüşü keçirilib.
Sportal.az xəbər verir ki, həlledici matçda PSJ və "Tottenhem" klubları üz-üzə gəlib. Udinezedə keçirilən matçda əsas vaxt 2:2 hesabı ilə bitib. Yeni reqlamentə əsasən əlavə vaxt oynanılmayıb. Penaltilər seriyasında daha dəqiq olan PSJ tarixində ilk dəfə kubokun sahibi olub.
Xatırladaq ki, son dəfə Superkubokun qalibi "Atalanta"nı 2:0 məğlub edən "Real"(Madrid) olmuşdu.
UEFA Superkuboku
23:00. PSJ - “Tottenhem” 2:2 (Penaltilər seriyası 4:3)
Qollar: Lee Kanq-İn,85, Q.Ramos, 90+4 - M.van de Ven,39, C.Romero,48
saytlarin hazirlanmasi