Konfrans Liqası: "Beşiktaş" evdə qazandı, pley-off mərhələsinə yüksəldi - VİDEO

10:34 - 15 Avqust 2025

“Beşiktaş” Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

Sportal.az xəbər verir ki, “qara qartallar” evdə “Sent-Petriks”i məğlub edib.

Halbuki, görüş onlar üçün yaxşı başlamayıb. “Beşiktaş” 0:2 geri düşsə də, sonradan 3 qol vuraraq, ümumi hesabı da 7:3 edib və pley-off mərhələsində “Lozanna Sport”un rəqibi olub.

Xəbər xətti